Bu ilin yanvar-avqust aylarında Azərbaycanda avtnəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 118,5 milyon manat sığorta haqqı yığılıb, 111,7 milyon manat sığorta ödənişi edilib.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı sığorta icmalında bildirilir.
Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,1% və 10,2% çoxdur.
8 ay ərzində avtomobillərin icbari sığortası üzrə toplanılmış hər 100 manat sığorta haqqının 73,5 manatı sığorta ödənişinə yönəldilib. Bu, 1 il əvvələ nisbətən 2,7 manat çoxdur, yəni sığorta növü üzrə zərərlilik artıb.