"Azərbaycan Mikro-Kredit BOKT"un rəhbər vəzifəsində yeni təyinat baş verib.
Yurd.Media xəbər verir ki, yeni rəhbər Emil Muradov olub.
O bu vəzifədə Mübariz Qurbanovu əvəzləyib.
Qeyd edək ki, "Azərbaycan Mikro-Kredit" 2014-cü ildə yaradılıb. Hazırda nizamnamə kapitalı 1 milyon 722 min manatdır. Onun təsisçisi 100 % Elmar Məmmədovdur.