SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
“Bank Avrasiya” “Xalq” maliyyə holdinqi ilə “qohumluğa son qoyub”

“Bank Avrasiya” “Xalq” maliyyə holdinqi ilə “qohumluğa son qoyub”

  • 30 sentyabr 2025, 12:53

Uzun illər “Bank Avrasiya” ASC-nin səhmlərinin ayrı-ayrılıqda 37,5%-nə nəzarət etmiş "Euro Standard" və “PDM Qrup" MMC-lər paylarını satıb, səhmlərin 25%-nin sahibi "Azbizneskom" MMC isə payını artırıb. 

Bu barədə Yurd.Media-ya Bankdan bildirilib.

Məlumata əsasən, hazırda “Bank Avrasiya”nın səhmlərinin 49,5%-i "Azbizneskom"a, 49,5%-i "Top Properties" MMC-yə, 1%-i isə Rüstəm Eynullayevə məxsusdur. 

Xatırladaq ki, "Euro Standard" həm də “Xalq Bank" ASC-nin 33,85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarıdır. Beləliklə, “Bank Avrasiya” “Xalq” maliyyə holdinqi ilə “qohumluğa son qoyub”. 

Prime Leasing