Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) növbəti iclasında uçot dərəcəsinin 6,5% saxlanılması barədə qərar qəbul edilib.
Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% saxlanılıb.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat mayın 6-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.