SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Azərbaycanda Rusiya kapitallı BOKT-un nizamnamə kapitalı 65 milyon manatı ötdü

Azərbaycanda Rusiya kapitallı BOKT-un nizamnamə kapitalı 65 milyon manatı ötdü

Azərbaycanda Rusiya kapitallı BOKT nizamnamə kapitalını il ərzində ikinci dəfə artırdı.

"KredAqro" bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını yenə irimiqyaslı şəkildə artırdı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, BOKT nizamnamə kapitalını 74,4% və ya 28 milyon manat artıraraq 65,7 milyon manata çatdırdı.

Xatırladaq ki, ötən ayın əvvəlində "KredAqro" nizamnamə kapitalını 13,9 milyon manat artıraraq 37,7 milyon manata çatdırmışdı.

Qeyd edək ki, 2000-ci ildən etibarən fəaliyyət göstərən “KredAqro BOKT" MMC ölkənin müxtəlif regionlarında 11 satış nöqtəsi ilə təmsil olunur. Onun rəhbəri Anar Əkbərovdur.

2025-ci ilin ilk yarısında "Kred Aqro"nun cəmi aktivləri 2 milyon 133 min manat və ya 17,8% azalaraq 9 milyon 818 min manata geriləyib.

"Kred Aqro BOKT" MMC-nin nizamnamə kapitalının 100%-i Rusiyanın "Agromostfinans" şirkətinə məxsusdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları