SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Azərbaycanda 6 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

Azərbaycanda 6 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

  • 01 aprel 2026, 14:16

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətindən 6-nın yığımları ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 2 aylıq sığorta icmalında bildirilir.

Sənədə əsasən, ən çox azalma AMB-nin satışını məhdudlaşdırdığı “Atasığorta”da (99,9%), ən az azalma isə “Meqa Sığorta”da (0,9%) qeydə alınıb. Sığorta ödənişləri azalan digər şirkətlər "Qala Sığorta" (55,5%), "Atəşgah Sığorta" (13,5%), "A-Qrup Sığorta" (6,2%), və "Qala Həyat Sığorta" (2,6%), .

Son 1 ildə 10 sığorta şirkətinin yığımları isə artıb. Ən yüksək dinamika “Meqa Həyat Sığorta”da (66,8%), ən aşağı dinamika isə “PAŞA Həyat Sığorta”da (0,3%) qeydə alınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları