“Monetri” Bank olmayan kredit təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyət müştərisini məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 529,34 manat əsas borc, 108,92 manat faiz borcu, 20,57 manat cərimə olmaqla, cəmi 658,83 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
BOKT kredit müqaviləsinə əsasən müştərisinə 12 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verib. Cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilməyib, kredit borcu ödənilməyib.
2025-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin istehlak kredit müqaviləsi üzrə borcu 529,34 manat əsas borc, 108,92 manat faiz borcu, 20,57 manat cərimə olmaqla, cəmi 658,83 manat təşkil edib.
Şuşa Rayon Məhkəməsində şikayətə baxılıb və borcun cavabdehdən tutularaq “Monetri BOKT”a ödənilməsi barədə qətnamə çıxarılıb.
Xatırladaq ki, 2013-cü ildə təsis edilmiş “Monetri BOKT” bu kredit təşkilatının hazırda 10 milyon manat nizamnamə kapitalı var. Nizamnamə kapitalının 75.0 faizi “Practical Solutions Middle East FZ” Şirkətinə, 12.5 faizi Faiq Məmmədova, 12.5 faizi isə “Chaparxana KFT” şirkətinə məxsusdur. BOKT 2024-cü ilin III rübünə qədər “PSG BOKT” olaraq fəaliyyət göstərib.