Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ötən il oktyabrın 1-də dövriyyəyə buraxdığı 50 milyon manatlıq istiqrazlara görə növbəti faizləri ödəməyə hazırlaşır.
Bu barədə Yurd.Media-ya Milli Depozit Mərkəzindən bildirilib.
Məlumata görə, faiz ödənişi sabah baş tutacaq.
Nominal dəyəri 100 min manat olan 500 ədəd istiqrazın hər birinə görə 1 586 manat ödəniləcək.
Beləliklə, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi AZİR indeksinə (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) uyğun hesablanan illik faiz dərəcəsi 6,35% təşkil edəcək.
Halbuki, istiqrazların yerləşdirilməsi zamanı sözügedən indeks 7%-ə yaxın olub.
Başqa sözlə, EBRD-yə borc verənlər gözlədikləri faizləri əldə etməyəcəklər.