SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Sığorta ödənişlərini azaldan şirkətlər - SİYAHI

Sığorta ödənişlərini azaldan şirkətlər - SİYAHI

  • 01 aprel 2026, 15:23

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətindən 11-nin ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 2 aylıq sığorta icmalında bildirilir.

Sənədə əsasən, ən yüksək dinamika “Qala Həyat Sığorta”da (3,35 dəfə), ən aşağı dinamika isə “Meqa Sığorta”da (13,3%) qeydə alınıb.

Son 1 ildə 5 sığorta şirkətinin ödənişləri isə azalıb. Ən çox azalma “İpək Yolu Sığorta”da (95,8%), ən az azalma isə “Meqa Həyat Sığorta”da (14,5%) qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə daha az ödəniş edən digər şirkətlər isə "Aqro Sığorta" (83%), "Xalq Həyat Sığorta" (30%) və "Azsığorta"dır (19,8%).

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları