"Global İnnovations" MMC nizamnamə kapitalını böyük həcmdə artırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 88,9% və ya 600 min manat artıraraq 1 milyon 300 min manata çatdırdı.
Qeyd edək ki, "Global Innovations" şirkətinin yaratdığı kiçik və orta sahibkarlar üçün rəqəmsal ödənişlər aqreqatoru və elektron kommersiya platforması olan "Epoint" həllini təqdim edir.
Şirkət 2014-cü ildə təsis edilib, 2024-cü ildə Azərbaycan Mərkəzi Bankından ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya alıb. Onun rəhbəri Zeynal Kərimzadədir.