Azərbaycan bank sektoru ötən ilin noyabr ayında Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzərində götürdüyü öhdəliyin 15%-ni icra edib.
Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə bildirib.
O, bankların “yaşıl iqtisadiyyat”a keçidlə bağlı 2 milyard manatlıq öhdəlik götürdüyünü xatırladıb, indiyə 300 milyon manatlıq 13 min kredit verdiyini bəyan edib.