SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
“Embafinans” BOKT-un xalis mənfəəti 10% azalıb

“Embafinans” BOKT-un xalis mənfəəti 10% azalıb

  • 30 sentyabr 2025, 15:47

“Embafinans” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, kredit təşkilatı yanvar-iyun aylarında 3,15 milyon manat xalis mənfəət əldə edib. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2% azdır. 

Bu il iyulun əvvəlinə “Embafinans”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 25,1 % çox – 79,4 milyon manat, o cümlədən xalis kredit portfeli 29,1% çox – 65,4 milyon manat təşkil edib. BOKT-un öhdəlikləri 53,4 milyon manat (28,65% çox), balans kapitalı isə 26 milyon manat (18,4% çox), o cümlədən nizamnamə kapitalı 10 milyon manat (dəyişməyib) olub. 

Prime Leasing