SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Tovuzda yer kökü bolluğu – lakin fermerlər sata bilmir

Tovuzda yer kökü bolluğu – lakin fermerlər sata bilmir

Tovuz

Tovuz rayonunun Hunanlar kəndində fermerlər bu il də yer kökü məhsulundan yüksək məhsuldarlıq əldə ediblər.

Yurd.Media xəbər verir ki, fermerləri illərdir ki, əsasən yer kökü əkini ilə məşğuldur və məhsullarının böyük qismini Rusiya bazarlarına ixrac edirlər.

Fermerlər ATV-yə bildiriblər ki, bu il yer kökü noyabr ayında əkilib və artıq yığım mərhələsindədir.

"Təxminən 36 sota qədər sahədə yer kökü əkilib və hər sahədən 10-12 ton məhsul əldə olunub. Lakin məhsulun satışı ilə bağlı ciddi çətinliklər yaranıb,"- kəndli bildirib. 

Səbəb kimi fermerlər xaricdən – xüsusilə İran və Rusiyadan – gələn məhsulların bazarı zəbt etməsini göstərirlər. Onların sözlərinə görə, alıcılar əsasən iri və görünüşcə “standart” sayılan məhsullara üstünlük verir. Bu isə yerli istehsalçının məhsulunu satmasını çətinləşdirir. Standartdan kənar sayılan köklər yerə atılır və ya ucuz qiymətə yerli bazarlara yönləndirilir.

Hazırda yer kökünün bir kiloqramı daxili bazarda 60 qəpik – 1 manat arasında dəyişir. Bu isə məhsulun maya dəyərini tam ödəmir. Alıcılar əsasən Rusiya bazarlarına yönəlmiş ixrac qruplarından gəlir. Buna baxmayaraq, yalnız iri və keyfiyyətli məhsullar ixraca cəlb olunur, digər hissə isə yerli bazarlarda satışa çıxarılır.

Kənddə bu il 2 hektardan çox sahədə yer kökü becərilib. Fermerlər bildirirlər ki, məhsulun keyfiyyətinə baxmayaraq, satış şərtləri zəifdir və bəzi hallarda zərərə səbəb olur.

Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, məhsulun satışını sahibkarlar özləri tənzimləyir. Tələbat artdıqda isə ixrac artırılır. Qurumun məlumatına əsasən, ötən il bölgədən ümumilikdə 7000 tona yaxın yer kökü ixrac edilib. Hər hektardan orta hesabla 279 sentner məhsul götürülüb.

Qeyd edək ki, hazırda ölkə bazarlarında yeni yer kökünə xüsusi ehtiyac olmadığı bildirilir və xaricdən məhsul gətirilmədiyi qeyd olunur. Qiymətlər isə 80 qəpik – 1 manat arasında dəyişir.