SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Zəngilan və Cəbrayıl sakinlərinə 5 min ting verildi

Zəngilan və Cəbrayıl sakinlərinə 5 min ting verildi

Zəngilan

Zəngilan rayonunun Ağalı, Məmmədbəyli və Cəbrayıl rayonunun Horovlu kəndlərinə yeni köçən sakinlərə həyətyanı ərazilərdə əkilməsi üçün meyvə tingləri paylanılıb.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyindən Yurd.Media-ya bildirilib ki, aksiya çərçivəsində 8 fərqli ağac növünə aid 5000 ədəd calaq olunmuş ting təqdim olunub.

Təqdim olunan tinglər yeni məskunlaşan ailələrin həyətyanı sahələrində əkilərək kənd təsərrüfatının inkişafına və ailə təsərrüfatlarının gücləndirilməsinə töhfə verəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları