Planlı təsərrüfat vacibdir. Həm əkinə, həm də satışa nəzarət güclənilməlidir.
Bu fikirləri deputat Razi Nurullayev Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, kənd təsərrüfatında planlı olmaq vacibdir:
"Düzgün planlaşdırma, məhsul və gəlir keyfiyyətinə təsir edir. Günümüzdə kənd təsərrüfatı və torpaqların idarəsi, planlaşdırılması vacib məsələ hesab edilir. Bu planlaşdırılma köhnə kolxozların bərpa olunmasına bənzəyir".
Deputat hesab edir ki, fermerlərin ziyana düşməsinin səbəbi planlı olmamaqdan irəli gəlir:
"Gərək köhnə kolxozlar bərpa edilsin. Məsələn, vətəndaşlar torpaqlarını birləşdirib, nələri harada yetişdirəcəklərini bilsələr, ziyana düşməzlər. Alıcılar da məhsul alarkən nəqliyyatı, daşınma xərclərini və bu kimi halları nəzərə alır. Bunların hamısı da birbaşa fermerlərə təsir edir. Onlar planlı şəkildə məhsul becərsələr, düzgün şəkildə vəsait əldə edəcəklər".