SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ağcabədidə pambıq əkənlər “P-aqro”dan ödənişləri ala bilmirlər - ŞİKAYƏT

Ağcabədidə pambıq əkənlər “P-aqro”dan ödənişləri ala bilmirlər - ŞİKAYƏT

Ağcabədi

Ağcabədi Rayon İcra Hakimiyyəti-nin başçısı Rafil Hüseynov tərəfindən rayonun Salmanbəyli kəndində vətəndaşlarla səyyar qəbul-görüş təşkil olunub.

Yurd.Media xəbər verir ki, görüş zamanı kənd sakinləri tərəfindən qaldırılan müraciətlər əsasən kənd təsərrüfatı sahəsi, suvarma sistemləri, elektrik təsərrüfatı və torpaq sənədləşməsi ilə bağlı problemləri əhatə edib.

Belə ki, kənd sakinləri Möhübbət Əliyev və Behbud Behbudov 2025-ci ildə təhvil verdikləri pambıq məhsuluna görə “P-aqro” MMC tərəfindən ödənişlərini hələ də ala bilmədiklərini bildirərək bu məsələdə köməklik göstərilməsini xahiş ediblər. Rayon rəhbəri məsələ ilə bağlı qanunvericiliyin tələblərini diqqətə çatdıraraq, subsidiya ödənişlərinin artıq verildiyini və yaxın vaxtlarda müvafiq ödənişlərin tam təmin olunacağını qeyd edib. Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov isə məsələnin gedişatı barədə əlavə məlumat verib.

Görüşdə suvarma ilə bağlı mövcud çətinliklər də müzakirə olunub. Sakinlər Vidadi Behbudov, Heydər Məmmədov və Behbud Behbudov əkin sahələrinin suvarılması zamanı yaranan problemlər, suvarma nasoslarının və transformatorun yenilənməsinə ehtiyac olduğunu diqqətə çatdırıblar. Bununla əlaqədar olaraq, mövcud çətinliklərin aradan qaldırılması məqsədilə Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə yerində araşdırmalar aparılması və problemin həlli istiqamətində müvafiq tapşırıqlar verilib. İdarənin rəisi Asəf Quliyev texniki nasazlıqların qısa müddət ərzində aradan qaldırılacağını bildirib.

Bundan əlavə, kənd sakini Heydər Məmmədov elektrik xətlərinin qəzalı vəziyyətdə olduğunu və kənddə kabelləşmə işlərinin aparılmasına ehtiyac duyulduğunu qeyd edib. Rayon rəhbəri tərəfindən kənd ərazisində kabelləşmə işlərinin planlaşdırıldığı bildirilib və mövcud problemin araşdırılması üçün Ağcabədi Elektrik Şəbəkəsinə müvafiq göstərişlər verilib.

Səyyar qəbulun sonunda icra başçısı qaldırılan bütün müraciətlərin icrasının nəzarətdə saxlanılacağını vurğulayaraq, vətəndaş məmnunluğunun daim prioritet məsələ olduğunu diqqətə çatdırıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları