SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ağdaşda aqroparkların yaradılması müzakirə olunub

Ağdaşda aqroparkların yaradılması müzakirə olunub

Ağdaş

Ağdaş rayonunda kənd təsərrüfatının inkişafına dair onlayn görüş keçirilib.

Ağdaş Rayon İcra Hakimiyyətindən Yurd.Media-ya bildirilib ki, onlayn görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, eləcə də aidiyyəti üzrə digər vəzifəli şəxslər iştirak ediblər.

Görüş zamanı Ağdaş rayonu ərazisində aqroparkların və kənd təsərrüfatı məhsulları üçün tədarük məntəqəsinin yaradılması, əkinə yararlı suvarılmayan torpaq sahələrinin suvarma suyu ilə təmin olunması, 15,8 min ha torpaq sahəsinin suvarılması məqsədilə Kür çayından su götürən nasos stansiyasının və Aşağı Ləki kəndi ərazisində Türyançay çayındakı qurğu və kanalın inşasının başa çatdırılması, eyni zamanda əkinə yararlı, suvarılmasına ehtiyac olan 2300 hektar ərazinin su təminatının yaxşılaşdırılması məqsədilə 4 ədəd su nasos stansiyasının qurulması, 700 və 520 hektar ərazinin su təminatının yaxşılaşdırılması üçün suvarma arxlarının qazılması, şoran torpaqların əkin dövriyyəsinə qaytarılması, camışçılığın inkişafı, bağçılığın inkişafının stimullaşdırılması, çəltikçiliyin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının təşkili kimi mövzularla bağlı müzakirələr aparılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları