Ağcabədi rayonunda vətəndaş müraciətlərinə baxılıb.
Ağcabədi Rayon İcra Hakimiyyətindən Yurd.Media verilən məlumata görə, qəbul zamanı ümumilikdə 17 vətəndaş müraciəti qeydə alınıb.
Daxil olan müraciətlərdən 7-si sosial təminat, maddi yardım və məşğulluq, 5-i kənd təsərrüfatı və suvarma sistemlərinin təmiri, 3-ü torpaq məsələləri və mülkiyyət hüquqları, 2-si isə hüquqi məsləhət və digər mübahisəli hallarla bağlı olub.
Qaldırılan məsələlərdən ikisi yerindəcə öz müsbət həllini tapıb, 13 müraciətlə bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri izah edilib. Bir müraciət üzrə araşdırma zamanı faktların təsdiqini tapmadığı müəyyən olunub, digər bir müraciətin icrası istiqamətində isə müvafiq işlər hazırda davam etdirilir.
"Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılaraq vətəndaşların qanuni tələblərinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi diqqətə çatdırılıb", - İcra Hakimiyyətindən bildirilib.