Qax rayonun Zəyəm kəndində yerləşən fındıq emalı müəssisəsinin məhsulunun əsas hissəsi İtaliyaya ixrac olunur.
Yurd.Media xəbər verir ki, bu barədə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin emalı müəssisəsi ilə tanışlığı zamanı bildirilib.
Bildirilib ki, yerli xammalın beynəlxalq standartlara uyğun qablaşdırılmasını təmin edərək, Qax fındığını Avropanın şokolad və qənnadı fabrikləri üçün mühüm xammala çevirib.
Müəssisədə mövsüm ərzində 600–700 ton qabıqlı fındıq alışı həyata keçirilir və bundan fındıq ləpəsi istehsal olunur.
Müəssisə tərəfindən il ərzində 240 ton ləpə xarici ölkələrə ixrac edilir. İstehsal edilən fındıq İtaliyadan başqa Almaniyaya da ixrac olunur.