Son günlərdə Qusar rayonunda qəhvəyi mərmər bağacığı adlanan zərərvericilərin sayı artır.
Yurd.Media xəbər verir ki, bu zərəvericilər 300-dən çox bitki ilə qidalanaraq, həmin bitkilərin məhsuldarlığına ziyan vurur. Şimal bölgəsində, xüsusilə meyvə bağları, tərəvəz sahələrində müşahidə olunan həşəratlar məhsuldarlığı risk altına salır.
"AzTV Xəbər"- ə danışan fermerlər həm ailə üzvləri, həm də təsərrüfatları üçün narahat olduqlarını bildiriblər.
"Həşəratlar yarpaqları yeyir, vaxtında tədbir görülmədikdə, bu həşəratlar çoxalır. Məhsuldarlıq aşağı düşür. 2-3 gündür ki, kəndlərimizdə axın var, evlərdə də biz bu həşəratları görürük".
Həşəratlara qarşı mübarizə tədbirləri görülür.
Qusar DAİM-in Direktoru Rauf Minhacov kimyəvi mübarizə tədbirlərinin həyata keçirildiyini bildirib.
"Bu məsələ ilə bağlı dövlət vəsaiti hesabına 160 hektardan yuxarı hissədə kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir. Əsas məqsəd, zərərvecinin yayılmasının qarşısının alınması, fermer məhsulunun qorunmasıdır".
Qeyd edək ki, bu mövzu barədə vətəndaşlar məlumatlandırılır.