Bu ilin yanvar-may aylarında Azərbaycanda iqtisadi artım qeydə alınmasa da, Naxçıvan MR-da ümumi daxili məhsulun (ÜDM) 2,2% artımı baş verib.
Bu barədə Yurd.Media-ya yerli Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, 5 ay ərzində muxtar respublikada 646,7 milyon manatlıq əmtəə və xidmət istehsal olunub.
Ölkə üzrə bu rəqəm 51 783,8 milyon manat təşkil edib.