Dövlət Statistika Komitəsi Azərbaycanda iqtisadi artımın dayandığını elan edib.
Yurd.Media xəbər verir ki, qurumun məlumatına görə, bu ilin yanvar-may aylarında ölkədə 51 783,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə eynidir.
5 ay ərzində Azərbaycanda 16 125,4 milyon manatlıq neft-qaz məhsulu (1% az), 35 658,4 milyon manatlıq qeyri-neft-qaz məhsulu (0,4% çox) ərsəyə gətirilib.