SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
“Xalq Bank” depozit portfelinin mənfi dinamikasına görə öndə gedir

“Xalq Bank” depozit portfelinin mənfi dinamikasına görə öndə gedir

  • 08 avqust 2025, 17:42

Bu il iyulun 1-nə Azərbaycandakı 22 bankdan 3-nün depozit portfeli 6 milyard manatdan çox olub.

Bunlar, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” və “PAŞA Bank” dır. Bu bankların cəmi depozit portfeli 25 milyard manatdan çox olub.

Hesabat tarixinə 5 bankın depozit portfeli 1 milyard manatdan 2 milyard manata qədər, 4 bankın depozit portfeli 500 milyon manatdan 1 milyard manata qədər, 8 bankın depozit portfeli 100 milyon manatdan 500 milyon manata qədər dəyişib, 2 bankın depozit portfeli isə 100 milyon manatdan az olub.

Son 1 ildə 22 bankdan 13-nün depozit portfeli artıb, 8-nin depozit portfeli azalıb, 1 bankın – “Unibank”ın isə depozit portfeli dəyişməyib.

Depozit portfelini çox artıran bir qədər əvvəl Dövlət Neft Şirkətinin (SOCAR) nəzarətinə keçmiş “Azər-Türk Bank” (28,4%), ən az artıran bank isə İran Milli Bankının Bakı filialı (1,5%) olub. İl ərzində depozit portfeli ən az azalmış bank “AFB Bank” (0,5%), ən çox azalmış bank isə “Xalq Bank” (15,2%) olub.

Prime Leasing