SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
MÜSİAD və KOBİA tərəfdaşlığı genişləndirir

MÜSİAD və KOBİA tərəfdaşlığı genişləndirir

  • 26 sentyabr 2025, 14:33

ABŞ-a səfəri çərçivəsində Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Prezidenti Burhan Özdemir və nümayəndə heyəti, Nyu-York şəhərində səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovla görüş keçirib.

Yurd.Media xəbər verir ki, KOBİA sədri Orxan Məmmədov görüşlə bağlı “X” sosial platformasında paylaşım edərək bildirib:

“ABŞ-a səfərimiz çərçivəsində MÜSİAD başkanı, dəyərli qardaşım Burhan Özdemir ilə Nyu-Yorkda TÜRKEN Vakfında görüşdük. Qardaş Türkiyənin iş adamları ilə tərəfdaşlığın genişləndirilməsinə, birgə layihələrin icrasına, biznes missiyaların təşkili imkanlarına nəzər yetirdik”.

Qeyd edək ki, 1990-cı ildə təsis olunan MÜSİAD bu gün 85 ölkədə təxminən 60 min şirkəti özündə birləşdirərək qlobal sərmayə və iqtisadi əməkdaşlıq platforması kimi fəaliyyət göstərir.

Prime Leasing