SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Xəzərin suyunu şirinləşdirəcək şirkət müəyyənləşib

Xəzərin suyunu şirinləşdirəcək şirkət müəyyənləşib

  • 22 sentyabr 2025, 11:38

Azərbaycanda su ehtiyatlarının səmərəli idarə olunmasına və içməli su təminatının artırılmasına yönəlmiş yeni layihə başlayır.

Yurd.Media xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində Azərbaycan və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında "Xəzər dənizində Suyun Duzsuzlaşdırılması Zavodunun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidməti üzrə saziş" imzalanıb.

Sənədi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və "ACWA Power"in baş icraçı direktoru Marko Arselli imzalayıb.

Saziş dizayn, tikinti, maliyyələşdirmə, istismar və texniki xidmət mərhələlərini əhatə edir. Layihə regionda 

Bundan əlavə, forumda "emal olunmuş suyun alınmasına dair saziş" imzalanıb. Bu sənədi Z.Mikayılov, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri Tahir Xəlilov və M.Arselli imzalayıb.

Eyni zamanda, iqtisadiyyat naziri Mikayıl Cabbarov, nazirlik yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və M.Arselli "Torpaq icarəsi haqqında saziş"ə, maliyyə naziri Sahil Babayev və M.Arcelli "Dövlət zəmanəti haqqında saziş"ə imza atıb.

Prime Leasing