Bu ilin avqust ayında Azərbaycanda qeyri-neft-qaz ixracı üçün ilk 10-luğa daxil olan şirkətlərin siyahısında dəyişiklik olub.
Bu barədə Yurd.Media-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Mərkəzin hazırladığı "İxrac icmalı"nda qeyd olunur ki, siyahını 2 şirkət tərk edib.
Bunlar “Avrora" və “Hoper” MMC-lərdir. Onların yerini "STP Alüminium" MMC və "Tabaterra" QSC tutub.
Digər 8 şirkət əvvəlki kimi "Prime Cotton" MMC, "Azerbaijan International Mining Company Limited" şirkətinin Azərbaycandakı nümayəndəliyi, "Baku Steel Company" QSC, "Export Stream", "Azərbaycan Şəkər İstehsalat Birliyi" (İmişli Şəkər Zavodu), "UYTROP" və "P-Aqro" MMC-lərdir.