Gömrük rəsmiləşdirilməsi, logistika və beynəlxalq yükdaşıma xidmətləri göstərən “Az İnternational Company” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən “Az İnternational Company” MMC-də yoxlama aparılıb.
Gömrük bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dəyəri 36133 ABŞ dollar, 44-cü qrafasında invoys sənədinin nömrəsi müvafiq sənədlə göstərildiyi halda həmin mallara dair təqdim edilmiş qısa idxal bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dəyəri 36997 ABŞ dollar, 44-cü qrafasında invoys sənədinin nömrəsi başqa sənədlər qeyd olunub.
Aparılan araşdırma zamanı qeyd olunan bəyannamələrə və həmin bəyannamələrə əlavə edilmiş sənədlərə baxış keçirilib.
Müəyyən edilib ki, idxal edilən malların dəyəri, invoys sənədinin gömrük bəyannaməsində düzgün göstərilib, lakin qısa idxal bəyannaməsində səhv göstərilib.
Hər iki bəyannaməni tərtib edən mobil nömrəsi ilə əlaqə saxlanılıb və brokerin səhvi nəticəsində bu halın baş verdiyi müəyyən edilib.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə protokol tərtib edilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə “Az İnternational Company” 250 manat cərimə edilib.