SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Tibbi avadanlıqlar satan “İnex” gömrükdə cərimələndi

Tibbi avadanlıqlar satan “İnex” gömrükdə cərimələndi

  • 07 sentyabr 2026, 10:49

“İnex” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) qanun pozuntusu aşkar olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycanda tibbi, estetik və stomatoloji (dental) avadanlıqların idxalı, satışı, icarəsi və texniki servisi sahəsində fəaliyyət göstərən şirkətin mallarını gətirən nəqliyyat vasitələtindən biri yolda olduğu zaman xarici ölkənin ərazisində qəzaya uğrayıb.

Bu səbəbdən mallar 2 nəqliyyat vasitəsində ölkə ərazisinə daxil olub. Bu səbəbdən qısa idxal bəyannaməsində 2 nəqliyyat vasitəsinin dövlət nömrə nişanı göstərilib. 

Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin tərtib etdiyi protokola əsasən, ümumi nəticədə gömrük bəyannaməsində qeyd edilən malların ümumi invoys dəyəri və çəkiləri qısa idxal bəyannaməsi ilə üst-üstə düşməyib və uyğunsuzluq yaranıb. 

Belə ki, gömrük bəyannaməsində malların ümumi invoys dəyəri 9100 ABŞ dolları göstərildiyi halda qısa idxal bəyannaməsində malların ümumi invoys dəyəri 32 121 dollar qeyd edilib.

Buna görə də şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə MMC 250 manat cərimə edilib.

Qeyd edək ki, 10 ildir fəaliyyət göstərən “İnex” MMC-nin direktoru Mahir Aslanovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları