Bakıda Dərnəgül bazarında fəaliyyət göstərən sahibkarlar iş yerlərini tərk etmələri ilə bağlı xəbərdarlıqlar aldıqlarını bildirirlər.
Yurd.Media-nın məlumatına görə, onlar "Xəzər TV"yə bildiriblər deyirlər ki, onlara hazırda əllərində olan malları satmaqla bağlı problem olmadığı bildirilib. Lakin yeni məhsulların bazara gətirilməsi məsələsində vəziyyət fərqlidir.
Hazırda bazarda fəaliyyət göstərən sahibkar və işçilərin əsas gözləntisi isə məsələyə aydınlıq gətirilməsidir. Onlar bildirirlər ki, ərazini tərk etməli olduqları halda, fəaliyyətlərini harada davam etdirəcəkləri və bunun hansı şərtlərlə həyata keçiriləcəyi əvvəlcədən açıqlanmalıdır.