"Prime Food CO" Məhdud Məsuliyyətli Cəmiyyətinin böyük məbləğdə borcu yaranıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Bakıda un və taxıl məmulatları, eləcə də qida məhsullarının satışı sahəsində fəaliyyət göstərən şirkətin 589 min manata yaxın vergi borcu yığılıb.
Qeyd edək ki, "PrimeKek" və digər un məmulatlarının istehsalçısı olan MMC 13 ildir fəaliyyət göstərir. Nizamnamə kapitalı 6,9 milyon manat olan "Prime Food CO" şirkətin direktoru Ruhan Hüseynovdur.