SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Embafinans və Caspian İnvest BOKT-ların vəzifəli şəxsləri cəzalandırıldı

"Embafinans" və "Caspian İnvest" BOKT-ların vəzifəli şəxsləri cəzalandırıldı

  • 01 sentyabr 2026, 10:11

Azərbaycan Mərkəzi Bankı (AMB) "Embafinans" QSC və "Caspian İnvest" MMC bank olmayan kredit təşkilatlarında (BOKT) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğunu üzə çıxarıb.

Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.

Məlumata görə, bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrinə əsasən "Embafinans" və onun vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 20 min manat və 4 min manat, İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən "Caspian İnvest"in vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 min manat cərimə edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları