“Architect Development” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində yoxlama aparılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən aparılan yoxlama zamanı şirkətin nizamnamə kapitalının ödənildiyini təsdiq edən sənədi 5 iş günü müddətində təqdim edilmədiyi məlum olub.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə “Architect Development” MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilib.
Qeyd edək ki, 2 ildir fəaliyyət göstərən “Architect Development”in nizamnamə kapitalı cəmi 20 manatdır, direktoru Hidayət Maqsudovdur.