SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Mərkəzi Bankın neft avadanlıqları distribütorunu cərimələmək cəhdi baş tutmadı

Mərkəzi Bankın neft avadanlıqları distribütorunu cərimələmək cəhdi baş tutmadı

  • 02 sentyabr 2026, 12:52

Azərbaycan Mərkəzi Bankı "International Oilfield Supply Co Ltd" (“İOSC LTD”) Qapalı Səhmdar Cəmiyyətinə (QSC) cərimə protokolu yazıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 50 552 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. 

"Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Buna görə də Azərbaycan Mərkəzi Bankı tərəfindən “İOSC LTD” barəsində protokol tərtib edilib və Xətai Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

Qeyd edək ki, "International Oilfield Supply Co Ltd" Xəzər regionunda, xüsusilə də Azərbaycanda neft, qaz və tikinti sənayesi üçün material və avadanlıq təchizatı sahəsində fəaliyyət göstərən böyük distribütor və təchizatçı şirkətdir.

2003-cü ildə Böyük Britaniyada təsis edilmiş şirkətin baş ofisi Sauthemptonda yerləşir. Şirkət Azərbaycan daxil daxil olmaqla, Qətər, Qazaxıstan və Gürcüstan kimi ölkələrdə də qlobal ofislərə malikdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları