“Mərmər İnşaat” ASC 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 21 min manat xalis mənfəət əldə edib (ötən ilin eyni dövrünü 0,6 milyon manat zərərlə başa vurmuşdu).
Bu il iyulun əvvəlinə “Mərmər İnşaat”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 30,3% az – 46,4 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 26,6 milyon manat (44,5% az), balans kapitalı isə 19,8 milyon manat (7% çox), o cümlədən nizamnamə kapitalı 1,6 milyon manat (dəyişməyib) olub.