SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“Az Diabet” şirkəti və onun rəhbəri CƏRİMƏLƏNDİ

“Az Diabet” şirkəti və onun rəhbəri CƏRİMƏLƏNDİ

  • 04 sentyabr 2026, 08:55

“Az Diabet” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) əmək hüquqlarının pozuntusu aşkar olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Azərbaycanda qlütensiz və şəkərsiz qida məhsullarının distribütoru və tədarükçüsü olan şirkətdə yoxlama aparılıb. 

Vətəndaşın şikayəti əsasında Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “Az Diabet”ə sorğu məktubu göndərilib və 7 iş günü ərzində cavabın təqdim olunması tələb olunub. 

Lakin MMC-dən tələb olunan sənədlər təqdim olunmayıb. 

Buna görə də şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib olunub. 

Xətai Rayon Məhkəməsinin qərarı ilə MMC 2 min manat məbləğində cərimə olunub. 

Qərara görə, “Az Diabet”in vəzifəli şəxsi isə 1000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, 2019-cu ildən fəaliyyət göstərən “Az Diabet” MMC-nin nizamnamə kapitalı 20 manatdır, direktoru Fərid Qurbanovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları