Bu il iyulun 1-nə dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xidmət şəbəkəsinə 79 filial və 8 şöbə daxil olub.
Yurd.Media xəbər verir ki, bu barədə Bankın yarım illik idarəetmə hesabatında bildirilir.
Sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə müvafiq olaraq 2 vahid çox və 1 vahid azdır.
Bundan başqa, yanvar-iyun aylarında dövlət bankı bankomatlarının sayını 1 095-dən 1 067-yə endirib, POS-terminallarının sayını isə demək olar ki, eyni səviyyədə (24 mindən artıq) saxlayıb.