Bakı sakini "Megastore" market şəbəkəsindəki aksiyanın aldadıcı olduğunu aşkarlayıb.
Yurd.Media xəbər verir ki, Pərvanə adlı istifadəçi sosial şəbəkədə paylaşdığı məlumata görə, market tərəfindən 30 manatlıq alış-veriş edən müştəriyə 79 qəpik qarşılığında "Fairy" təmizlik vasitəsi vəd edilsə də, əvəzində tamamilə fərqli və naməlum məhsul verilib:
"Çox məyus oldum! Aksiyada göstərilmişdi ki, 30 manatlıq alış-verişə görə "Fairy" 79 qəpiyə götürmək olar. Amma Fairy əvəzinə bilinməyən hansısa bir vasitə verdilər".