SÜJET
Bu il iyulun 1-nə Azərbaycandakı 22 bankdan 3-nün öhdəlikləri 8 milyard manatdan çox olub.
Yurd.Media apardığı araşdırmaya görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” və “PAŞA Bank” dır. Bu bankların cəmi öhdəlikləri 32 milyard manata yaxın olub.
Hesabat tarixinə 2 bankın öhdəlikləri 2 milyard manatdan 3 milyard manata qədər, 5 bankın öhdəlikləri 1 milyard manatdan 2 milyard manata qədər, 4 bankın öhdəlikləri 500 milyon manatdan 1 milyard manata qədər, 7 bankın öhdəlikləri isə 100 milyon manatdan 500 milyon manata qədər dəyişib, 1 bankın öhdəlikləri isə 100 milyon manatdan az olub.
Son 1 ildə 22 bankdan 20-nin öhdəlikləri artıb, 2-nin öhdəlikləri isə azalıb. Öhdəliklərini ən çox artıran bank “Zıraat Bank Azərbaycan” (42,9%), ən az artıran bank isə “Bank BTB” (0,3%) olub. İl ərzində “Premium Bank” və “Bank Avrasiya”nın öhdəlikləri isə müvafiq olaraq 4% və 7,3% azalıb.