SÜJET

Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi Süni intellekt
“MJ Financial Services” müştərilərinə borcdan dəfələrlə çox cərimə yazdı

“MJ Financial Services” müştərilərinə borcdan dəfələrlə çox cərimə yazdı

  • 14 may 2026, 14:33
Ağdam

“MJ Financial Services” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti (ASC) müştərisini məhkəməyə verib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, BOKT məhkəmədən Mənsumə Əliyeva adlı müştərisindən 784 manat tutulmasını xahiş edib ki, bunun da 524 manatını yazılan cərimə təşkil edir.  

Məhkəmə isə cərimə məbləğini 10 manata endirərək cəmi 270 manat borcun ödənilməsi barədə qətnamə çıxarılıb. 

Bundan başqa, “MJ Financial Services” Ağdam Rayon Məhkəməsinə müraciət edərək müştərisi Şaiq Ələsgərovdan 817 manat əsas, 134 manat cərimə ödəməsini tələb edib. Bu iddia ilə bağlı da məhkəmə cərimə məbləğini 10 manata endirərək 827 manat ödəməsi qərarını verib. 

Həmin məhkəməyə düşən BOKT-un daha bir müştərisi də Səidə Əhmədovadır. “MJ Financial Services” ondan 60 manat əsas, 123 manat cərimə məbləğinin tutulmasını istəyib. 

Məhkəmə bu iddianı da qismən təmin edib. 

Əhmədovadan 60 manat əsas və cəmi 10 manat cərimə ödəməsi barədə qətnamə çıxarılıb, cərimə borcu tələbinin qalan 112,86 manat hissəsi rədd edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları