SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Yük ekspeditoru səhmdarlarına hesabat verəcək

Yük ekspeditoru səhmdarlarına hesabat verəcək

  • 06 may 2026, 11:26

İyunun 22-də, saat 10:00-da "Bakı Rail-Trans" QSC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı rəsmi mətbuatda elan verib.

Elanda deyilir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 137, mənzil 80 ünvanında olacaq.

Səhmdarlar "Bakı Rail-Trans"ın 2025-2026-cı illər üzrə maliyyə təsərrüfat fəaliyyətini müzakirə edəcək.

“Bakı Rail-Trans” bir yük ekspeditorudur və 2005-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət Azərbaycan və MDB ölkələri ərazisində tranzit, ixrac-idxal, həmçinin qarışıq kommunikasiya, dəmir yolu, yol və dəniz vasitəsilə malların göndərilməsinə dair xidmət göstərir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları