SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Mərkəzi Bank Emin Ağalarovun şirkətini məhkəməyə verdi

Mərkəzi Bank Emin Ağalarovun şirkətini məhkəməyə verdi

  • 09 sentyabr 2026, 13:08

“Dream Group İnt” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 87 min ABŞ dollar məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. 

Mərkəzi Bank tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb və iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. 

Belə ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

Məhkəmənin qərarı ilə “Dream Group İnt” barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilib.

Qeyd edək ki, "Dream Group İNT" MMC (Dream Group International), tanınmış iş adamı Emin Ağalarov tərəfindən qurulmuş, Bakıda və dünyanın digər şəhərlərində genişmiqyaslı tədbirlərin təşkili ilə məşğul olan beynəlxalq event şirkətidir. Şirkət əsasən Agalarov Development qrupunun bir parçası olaraq fəaliyyət göstərir. "Dream Group İNT" direktoru Kamran Allahverdiyevdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları