SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“Bolmart” bu mağazasına görə cərimələndi - MƏHKƏMƏ QƏRARI

“Bolmart” bu mağazasına görə cərimələndi - MƏHKƏMƏ QƏRARI

  • 08 sentyabr 2026, 16:33

“Bolmart” mağazalar şəbəkəsinin Bərdə rayonunda yerləşən marketində yanğın təhlükəsizliyi qaydaları pozulub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan yoxlama zamanı “Bolmart” mağazasının yanğın təhlükəsizliyi qaydalarının tələbləri pozulduğu müəyyən edilib. 

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib olunub. 

Bərdə Rayon Məhkəməsinin qərarı ilə şəbəkə 400 manat cərimə edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları