Sumqayıtda fəaliyyət göstərən “Glassica” Qapalı Səhmdar Cəmiyyət (QSC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkətdə aparılan yoxlama zamanı məlum olub ki, MMC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının auditi 2025-ci ildə aparılmayıb.
Buna görə də Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Glassica” QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə şirkət 1500 manat cərimə edilib. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilib.
“Glassica” QSC Azərbaycanda fəaliyyət göstərən, Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan iri şüşə tara (butulka) istehsalçısıdır. Ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan şirkətin illik istehsal gücü 160 ton şüşə tara məhsullarıdır.