SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Dövlət Gömrük Komitəsi kərə yağı idxalçısı “Vest Produkt Marketinq”i CƏRİMƏLƏDİ

Dövlət Gömrük Komitəsi kərə yağı idxalçısı “Vest Produkt Marketinq”i CƏRİMƏLƏDİ

  • 08 sentyabr 2026, 13:36

“Vest Produkt Marketinq” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin tərtib etdiyi protokolda qeyd olunub ki, şirkət tərəfindən ölkəyə gətirilən malların gömrük bəyannaməsində malların ümumi invoys dəyəri 172 879 ABŞ dolları qeyd edilib, lakin qısa idxal bəyannaməsində invoys dəyəri 147 079 ABŞ dolları qeyd olunub. 

Beləliklə, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş raporta əsasən MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan gömrük sərhədindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumat verilib. 

Buna görə də Azərbaycanda kərə yağı idxalı edən “Vest Produkt Marketinq” barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə protokol tərtib edilib. 

Səbail Rayon Məhkəməsinin qərarı ilə MMC 250 manat cərimə edilib.

Qeyd edək ki, “Vest Produkt Marketinq” (West Product Marketing) MMC Azərbaycanda qida sektorunda, xüsusilə kərə yağı bazarında aparıcı rol oynayan ən böyük idxal və distribütor şirkətlərindən biridir. 2005-ci ildən fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 30 manat, Nürəddin Tağıyevdir. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları