Azərbaycanda ticarət və istehsalat avadanlıqları, həmçinin müxtəlif sənaye sahələri üçün həllər təqdim edən "Alpa" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 0,95 milyon manat xalis mənfəət əldə edib.
Bu il iyulun əvvəlinə “Alpa”nın aktivləri ilin əvvəlinə nisbətən 3,2 dəfə çox – 2,5 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 1,2 milyon manat (5,5 dəfə çox), balans kapitalı isə 1,3 milyon manat (2,4 dəfə çox), o cümlədən nizamnamə kapitalı 0,2 milyon manat (dəyişməyib) olub.