SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“AGA Group”a daxil olan BOKT müştərisi ilə MƏHKƏMƏDƏ

“AGA Group”a daxil olan BOKT müştərisi ilə MƏHKƏMƏDƏ

  • 06 may 2026, 13:53
Siyəzən

“AGA Group”a daxil olan “City Finance" BOKT müştərisinə qarşı iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət Siyəzən Rayon Məhkəməsinə müraciət edərək müştərisindən 1807 manat əsas, 61 manat faiz, 192 manat cərimə olmaqla, cəmi 2060 manat borcun və 41 manat məbləğində dövlət rüsumunun, eləcə də 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilib.

Məhkəmə iddia tələbini qismən təmin edərək cərimə məbləğini 100 manat azaldıb, cəmi 1959 manat borcun və 39 manat məhkəmə xərcinin tutulması barədə qətnamə çıxarılıb.

Qeyd edək ki, “City Finance" BOKT 2013-cü ildə təsis edilib.

Paytaxtın ən byöük biznes mərkəzləri olan "Dəmirçi tauer", "Kaspian Plaza", "Kaspian biznes center", "Ağa Cente", "Adriana biznes park"ı idarə edən "AGA Group" 2019-cu ildə “City Finance" BOKT-u alıb. 

Hazırda BOKT-un nizamnamə kapitalı 5 mln. manat təşkil edir, kapitalının 72.5%-i “AGA Group”a (3 mln. 625 min manat) və 27.5%-i (1 mln. 375 min manatı) Habib Zadeh Mohammed Reza Parvizə məxsusdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları