SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərmaş Group manatla borc alıb qurtarmamış, dollarla borclanır

"Azərmaş Group" manatla borc alıb qurtarmamış, dollarla borclanır

  • 07 may 2026, 18:37

"Azərmaş Group" MМС 10 milyon ABŞ dolları dəyərində istiqraz emissiyası elan edib. 

Şirkət istiqrazlarının emissiya prospektlərini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib. 

Sənədə əsasən, hər birinin nominal dəyəri 100 dollar olan 100 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazın yerləşdirilməsi nəzərdə tutulur. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 24 ay tədavüldə olacaq. Onlara illik 9% gəlirlilik vəd olunur. Faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayteri "Troni İnvestisiya Şirkəti" QSC-dir. 

Xatırladaq ki, bundan əvvəl “Azərmaş Group” bundan əvvəl dövlət zəmanəti ilə 10 milyon manatlıq istiqraz yerləşdirmək istədiyini elan edib. İpoteka və Kredit Zəmanət Fondunun 60% zəmanət verdiyi hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd faizli, sənədsiz, adlı istiqrazın yerləşdirilməsi hələ ki, baş tutmayıb. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları