Qubada Azərbaycan–Yaponiya biznes münasibətləri üzrə görüş keçiriləcək.
Yurd.Media xəbər verir ki, Azərbaycan və Yaponiya arasında yeni biznes və mədəniyyət platforması formalaşır.
“Azərbaycan Françayzinq Assosiasiyası” və “Quba İş Adamlarına Dəstək – QIAD” platformasının birgə təşkilatçılığı ilə keçiriləcək xüsusi görüşdə Azərbaycan sahibkarları, investorlar və Yaponiyanın Şinzekai qrupu bir araya gələcək.
Tədbir çərçivəsində yeni biznes əlaqələri və əməkdaşlıq imkanları, Azərbaycan–Yaponiya biznes münasibətləri üzrə görüşlər, mədəniyyətlərarası inteqrasiya və networking sessiyaları, “Miss SAKE Azerbaijan 2026” seçim mərasimi baş tutacaq.
Mayın 11-də Quba Şahdağ Truskavets hotelində keçiriləcək görüş, beynəlxalq əməkdaşlıqlara açıq olan sahibkarlar və investorlar üçün yeni perspektivlər formalaşdıran önəmli platformalardan biri olacaq.
Qeydiyyat üçün:
https://forms.gle/C5QdNebzxoFU1TCA6
