Azərbaycanda "Bilasuvar Azerbaijan Holdco" və "Banka Azerbaijan Holdco" MMC-lər dövlət qeydiyyatına alınıb.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində bildirilir.
Məlumata əsasən, yeni şirkətlər "PAŞA Holdinq" MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib. Onların nizamnamə kapitalı müvafiq olaraq 15 688 385 ABŞ dolları və 11 337 732 ABŞ dolları (ümumi ikisi biryerdə 27 milyon dollara yaxın) qanuni təmsilçisi isə Qazaxıstan vətəndaşı Yernur Jıyenbayevdir.