“Azəri Med” şirkəti 22 il fəaliyyətdən sonra MMC-yə çevrilir.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Azərbaycanın aparıcı tibbi tədarükçülərindən olan şirkət təşkilati-hüquqi formasını dəyişir.
“Azəri Med” Qapalı Səhmdar Cəmiyyətindən Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Azəri Med” 2 iyul 2004-cü ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 8 255 510 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. Qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur. Famil Rəhimlidən əvvəl şirkəti Qafarov Elman Cabbar oğlu, ondan əvvəl isə Qafarov Hüsaməddin Şəmsəddin oğlu təmsil edib.
Hər iki şəxsin deputat Kamaləddin Qafarovla yaxın qohumluq əlaqələrinin olduğu bildirilir. Ümumiyyətlə isə şirkətin deputata məxsus olması barədə iddialar var. Bu iddialar indiyə qədər təkzib edilməyib.